“LEOPS” Tətbiqi – Şərtlər və Qaydalar
“Leops” mobil tətbiqi (bundan sonra – “LEOPS” və ya “Tətbiq” adlandırılacaq) Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən “SPEC-TAXİ” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1503938911) (bundan sonra – “Təşkilatçı” adlandırılacaq) tərəfindən ____ tarixində təşkil olunmuş mobil tətbiqdir.
Təşkilatçı 20 may 2025-ci il tarixli müqaviləyə əsasən “Bolt Services AZ” Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra – “Bolt” adlandırılacaq) sürücüləri üçün Azərbaycan Respublikasında nəqliyyat vasitələrinin təşkil edilməsi ilə bağlı nümayəndəsi/tərəfdaşı qismində çıxış edir.
Təşkilatçı bu Şərtlər və Qaydaları Tətbiqə yerləşdirməklə buradan irəli gələn hüquq və öhdəliklərini öz üzərinə götürmüş hesab edilir.
Bu Şərtlər və Qaydaları oxuyub təsdiqləyən İstifadəçi Tətbiqdən istifadə ilə bağlı bu Şərtlər və Qaydalarla müəyyən olunmuş hüquq və öhdəlikləri öz üzərinə götürdüyünü təsdiq edir və bu öhdəliklərdən yaranan məsuliyyəti daşıyır.
1. ƏSAS ANLAYIŞLAR
Bolt Platforması – Bolt-un biznes partnyorları, istifadəçiləri, sürücülər və digər subyektlərin Bolt xidmətlərindən istifadə etmələri məqsədilə yaratdığı rəqəmsal platforma, sayt və ya mobil tətbiq.
İstifadəçi – Məqsədindən asılı olmayaraq, bu Şərt və Qaydaları oxuyub təsdiqləyən istənilən LEOPS tətbiqindən istifadə edən fiziki/hüquqi şəxs.
Sürücü – Bolt platformasında sürücü kimi qeydiyyatdan keçən və Azərbaycan Respublikası ərazisi daxilində qanunvericilik və Bolt-un qaydalarına əsasən taksi fəaliyyəti ilə məşğul olan şəxs(şəxslər).
Lizinq – Avtonəqliyyat vasitələrinin LEOPS tətbiqi vasitəsilə Bolt sürücüləri və (və ya) digər fiziki/hüquqi şəxslərə Lizinq müqaviləsi əsasında müəyyən müddətə və digər şərtlərlə istifadəyə verilməsi.
Reklam – Tətbiq istifadəçilərinin müəyyən ödəniş müqabilində tətbiqə yerləşdirdikləri kommersiya məqsədi daşıyan məlumat.
İstifadəçinin hesabı – Tətbiqdə İstifadəçilərin məlumatlarını əhatə edən fərdi hesablar.
Fərdi məlumat – Azərbaycan Respublikası qanunvericiliyinə əsasən müəyyən edilmiş qaydada İstifadəçilərin tətbiqdən istifadə zamanı tətbiqə daxil etdikləri, və ya hesabların inteqrasiyası zamanı tətbiqə yerləşdirilən və şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyənləşdirməyə imkan verən istənilən məlumatlar.
Minik avtomobili və ya avtomobil – Tətbiqdə lizinq obyekti qismində Sürücülərə veriləcək avtonəqliyyat vasitəsi.
Təşkilatçı – Mobil tətbiqin təşəbbüskarı və (və ya) yaradıcısı şirkət olan “Spec-Taxi” MMC.
Rəqəmsal platforma təsirçisi – Azərbaycan Respublikasının reklam qanunvericiliyinə əsasən reklam daşıyıcısı olan rəqəmsal platformada (tətbiqdə) reklam yerləşdirən şəxslər.
2. TƏTBİQİN FUNKSİYALARI
LEOPS mobil tətbiqində İstifadəçilər üçün aşağıdakı xidmətlər/fəaliyyətlər təqdim edilir:
- Təşkilatçının Bolt ilə əməkdaşlığı çərçivəsində Bolt platformasında fəaliyyət göstərən Sürücülərə və (və ya) digər şəxslərə minik avtomobillərinin lizinqə verilməsi üçün lizinq şərtləri və minik avtomobillərinin spesifikasiyalarının təqdim edilməsi;
- Bolt platformasında fəaliyyət göstərən Sürücülərin ödəniş və fəaliyyət göstəricilərini, habelə digər məlumatlarını əks edən fərdi hesablarını tətbiqə inteqrə edilməsi, bununla Təşkilatçının siyasətinə uyğun olaraq sürücülərə nəzarət və dəstək xidmətlərinin göstərilməsi;
- Üçüncü şəxslərin və (və ya) İstifadəçilər tərəfindən müəyyən ödəniş müqabilində tətbiqdə kommersiya xarakterli reklamlarını yerləşdirilməsi;
- Bolt platformasında fəaliyyət göstərən Sürücülərin platformada qazandıqları vəsaitlərin əvvəlcədən ödənilməsi (faktorinq xarakterli).
3. TƏTBİQDƏN İSTİFADƏ ŞƏRTLƏRİ
- İstifadəçi Tətbiqə daxil olmaq üçün 18 (on səkkiz) yaşından yuxarı olmalıdır.
- İstifadəçi bu Şərtlər və Qaydaları təsdiqlədikdən sonra açılan pəncərədə Tətbiqə daxil olmaq üçün tələb olunan məlumatları doğru qeyd etməklə giriş etməlidir.
- İstifadəçi Tətbiqdə təklif olunan xidmət/fəaliyyətlərdən yalnız qanuni məqsədlər üçün yaxşı niyyətlə istifadə etməlidir.
- İstifadəçi Tətbiqə özü tərəfindən yerləşdirilən və ya daxil edilən bütün növ məlumatların, habelə (əgər varsa) tətbiqə inteqrə ediləcək Bolt platformasındaki hesabında mövcud olan məlumatları doğru təqdim etməlidir. Məlumatlarda hansısa səhv özü tərəfindən aşkarlanarsa, dərhal düzəliş etməlidir. Əgər məlumatlara düzəliş edilməsi Təşkilatçı, qanunvericilik, istənilən üçüncü şəxs və ya Dövlət orqanı tərəfindən tələb edilərsə, müəyyən edilən müddət ərzində dərhal məlumatlara düzəliş etməlidir.
- İstifadəçi Tətbiqdən
- Təşkilatçıya, Təşkilatçının törəmə müəssisələri, şəxslər qrupunda olan istənilən hüquqi/fiziki şəxs, habelə işçilərinə,
- Tətbiq İstifadəçilərinə,
- Digər istənilən üçüncü şəxslərə
4. ÜMUMİ QAYDALAR
- Təşkilatçı Tətbiqi Azərbaycan Respublikası qanunvericiliyinə uyğun qaydada formalaşdırır və buna uyğun fəaliyyət göstərir.
- İstifadəçi Tətbiqin rəqəmsal platforma olduğunu təsdiq edir və qəbul edir ki, Tətbiqdən istifadə zamanı texniki problemlər yarana bilər, proqnazlaşdırıla bilməyən hadisələr/insidentlər baş verə bilər, təmir işləri ilə bağlı dayanmalar yarana bilər, Tətbiqin gedişində xətalar, səhvlər, əməliyyatların icra edilməməsi və ya digər səbəblərdən fasilələr və ya səbəbi burada proqnazlaşdırıla bilməyən daha digər problemlər törəyə bilər və bu halların heç biri üçün Təşkilatçı məsuliyyət daşıya bilməz.
- İstifadəçi Tətbiqdən istifadə ilə bağlı Təşkilatçının bu Şərtlər və Qaydalarla müəyyən edilməyən öhdəliklər daşımasını ondan tələb edə bilməz.
- İstifadəçi Bolt platformasında fəaliyyət göstərən Sürücü olduğu halda, Bolt platformasında qazandığı və Bolt tərəfindən ona ödəniləcək məbləği Bolt-un ödəmə vaxtından əvvəl Tətbiq vasitəsilə Təşkilatçıdan tələb edə bilər. Ödənişləri Tətbiq vasitəsilə bu qaydada əldə etməyi seçən Sürücünün Bolt platformasındakı şəxsi hesabında bank rekvizitləri qismində Təşkilatçının bank rekvizitləri qeyd olunmalıdır.
- Tətbiqdə göstərilən xidmətlər/fəaliyyətlərlə bağlı yaradılmış ayrıca bölmələrdə həmin xidmətin ümumi şərtləri barədə qeyd olunur.
- İstifadəçi Tətbiqdə mövcud olan hansısa texniki və ya digər problemlə bağlı Tətbiqin ayrıca bölməsində göstərilən qaydada öz şikayətlərini bildirə və nasazlığın aradan qalxması üçün müraciət edə bilər.
5. QADAĞAN OLUNMUŞ HƏRƏKƏTLƏR
- İstifadaçi tərəfindən aşağıdakı hərəkətlərin edilməsi qadağandır:
- Tətbiqə və ya onun komponentlərinə (kod, dizayn, verilənlər bazası və s.) icazəsiz müdaxilə etmək, onları dəyişdirmək, tərsinə mühəndislik (reverse engineering) tətbiq etmək və ya Tətbiqin təhlükəsizlik sistemini pozmağa cəhd göstərmək;
- Digər istifadəçilərin hüquqlarını pozmaq, o cümlədən onların məlumatlarını icazəsiz toplamaq, istifadə etmək və ya yaymaq;
- Tətbiq vasitəsilə spam, təhqiramiz, nifrət doğuran, zorakılığı təşviq edən, təhdidedici və ya qeyri-qanuni məzmun yaratmaq, yazmaq, yaymaq və ya paylaşmaq;
- Tətbiqin normal işləməsinə mane olan və ya sistemi yükləyən hərəkətlərə yol vermək (məsələn, avtomatlaşdırılmış skriptlər və botlardan istifadə, və s.);
- Tətbiqdəki hər hansı məzmunu müəllif hüquqları sahibinin icazəsi olmadan çoxaltmaq, yaymaq, dəyişdirmək və ya kommersiya məqsədi ilə istifadə etmək;
- Tətbiqi birdən çox cihaz və ya İstifadəçi tərəfindən eyni vaxtda istifadə oluna biləcək bir şəbəkədə və ya digər mühitdə əlçatan etmək;
- Tətbiqdə yerləşdirilmiş hər hansı müəllif hüququ və ya ticarət nişanı bildirişlərini silmək, dəyişdirmək və ya gizlətmək;
- Tətbiqdə İstifadəçilərin məlumatlarından onların özlərinə və ya digər üçüncü şəxslərə qarşı dələduzluq və yaxud digər qeyri-qanuni məqsədlər üçün istifadə etmək;
- Tətbiqlə eyni və ya oxşar məhsul, xidmət və ya proqram təminatı yaratmaq üçün tətbiqdən istifadə etmək, yaxud rəqib xidmət məqsədilə tətbiqdən istifadə etmək;
- Tətbiqdə yerləşdirilən reklam edilən əmtəələr barədə, reklam subyektləri barədə səhv və ya təhrif olunmuş məlumatlar yaymaq, rəqəmsal platforma təsirçisinin və ya reklam olunan əmtəəyə əqli mülkiyyət hüquqları və digər sair hüquqlar daşıyan şəxslərin maraqlarını və ya hüquqlarını pozmaq və ya onlara digər şəkildə xələl gətirmək;
- Tətbiqin brendini, loqosunu və ya digər əqli mülkiyyət obyektlərini icazəsiz şəkildə istifadə etmək və ya təhrif etmək.
6. REKLAMLARIN YERLƏŞDİRİLMƏSİ
- İstifadəçi “Reklam haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Rəqəmsal Platforma təsirçisi hesab edilir və reklam subyekti qismində hüquq və öhdəliklər daşıyırlar.
- İstifadəçinin Tətbiqdə yerləşdirdiyi reklamlar Azərbaycan Respublikasının mövcud reklam və rəqabət qanunvericiliyinin, habelə digər qanunvericilik tələblərinə uyğun olmalıdır.
- İstifadəçinin Tətbiqdə yerləşdirdiyi reklamların mövcud qanunvericiliyin tələblərinə zidd olması, habelə üçüncü şəxslərin maraqlarına toxunması və digər pozuntular səbəbi ilə yalnız İstifadəçi məsuliyyət daşıyır, belə pozuntuların mövcudluğu heç bir halda Tətbiqin və ya Təşkilatçının məsuliyyəti hesab edilə bilməz.
7. İSTİFADƏÇİ HESABININ MƏHDUDLAŞDIRILMASI
- İstifadəçi hesabı aşağıdakı hallarda ləğv edilə (bloklaşdırma) və ya istifadə məhdudlaşdırıla bilər:
- Bu Şərtlər və Qaydalar İstifadəçi tərəfindən qəsdən pozulduqda və ya ehtiyatsızlıqdan iki dəfə və ya daha artıq pozulduqda;
- İstifadəçinin təşəbbüsü və ya birbaşa/dolayı yolla iştirakı ilə Tətbiqin fəaliyyətinə qanunsuz müdaxilələr edilikdə və ya Tətbiqdən istifadəyə maneələr törədildikdə;
- İstifadəçi Tətbiqdən istifadə zamanı Azərbaycan Respublikasının qanunvericiliyinə zidd hərəkətlər etdikdə;
- İstifadəçi reklamına icazə verilməyən məhsulları/əmtəəni Tətbiq vasitəsilə reklam etdikdə (bu Təşkilatçı tərəfindən aşkarlandığı zaman).
- İstifadəçi “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş yüksək riskli ərazilərdən fəaliyyət göstərdikdə və ya etdiyi hərəkət/hərəkətsizlik cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və ya terrorizmin maliyyələşdirilməsi barədə əsaslı şübhələr yaratdıqda;
- Bu Şərtlər və Qaydalarda müəyyən edilmiş “Qadağan olunmuş hərəkətlər”dən ən az birini etdikdə.
8. BƏYANAT VƏ ZƏMANƏTLƏR
- İstifadəçi sürücülük və (və ya) taksi fəaliyyəti ilə məşğul olduğu halda, Azərbaycan Respublikasının qanunvericiliyi əsasında tələb olunan bütün növ lisenziya, icazə və digər zəruri sənədlərə malik olduğunu bəyan edir və bu şəkildə fəaliyyət göstərəcəyinə zəmanət verir.
- İstifadəçi Tətbiqə özü tərəfindən yerləşdirilən və ya daxil edilən bütün növ məlumatların, habelə (əgər varsa) tətbiqə inteqrə ediləcək Bolt platformasındaki hesabında mövcud olan məlumatların doğruluğuna zəmanət verir və buna görə məsuliyyət daşıyacağını təsdiq edir.
- İstifadəçi Təşkilatçının Tətbiq üzərində malik olduğu əqli mülkiyyət hüquqları daxil olmaqla, bütün digər hüquqlarını tanıyır və qəbul edir, bununla bağlı heç bir iddia və tələbi olmadığını və olmayacağını bəyan edir.
- Təşkilatçı Tətbiqdə yerləşdirilən funksiyaları və hərəkətləri icra etmək hüququnu təsdiq edən, habelə Tətbiqdə təklif olunan bütün xidmət/fəaliyyətlər üçün Azərbaycan Respublikası qanunvericiliyi ilə tələb edilən lisenziya, icazə və zəruri bütün sənədlərə malik olduğunu bəyan edir və buna zəmanət verir.
9. ƏQLİ MÜLKİYYƏT VƏ DİGƏR HÜQUQLAR
- Tətbiqin yaradılması və formalaşdırılması daxil olmaqla, Tətbiq üzərində əqli mülkiyyət hüquqları, lisenziyalar, icazələr daxil olmaqla, bütün mövcud hüquqlar yalnız Təşkilatçıya məxsusdur və İstifadəçilər tərəfindən mübahisələndirilə bilməz.
- İstifadəçilərin Rəqəmsal Platforma Təsirçisi qismində Tətbiqdə yerləşdirdikləri reklamlara əqli mülkiyyət hüquqları Təşkilatçının əqli mülkiyyət hüquqlarının xaricindədir.
10. MƏLUMATLARIN SAXLANMASI
- İstifadəçi qəbul edir və razılaşır ki, Tətbiqdən istifadə etməklə özünə məxsus fərdi məlumatları daxil olmaqla, digər məlumatlarını Tətbiqə və Təşkilatçıya təqdim edir. Təşkilatçının bu məlumatları toplamaq, işləmək, saxlamaq və istifadə etmək hüquqları vardır.
- Fərdi məlumatlar Təşkilatçı tərəfindən Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq toplanılır, işlənilir və saxlanılır.
- İstifadəçi Tətbiqdən istifadə edərkən təqdim etdiyi seçimlər, İstifadəçi hesabında etdiyi dəyişikliklər də Tətbiqin yaddaşında müvafiq qaydada saxlanılır.
- Xidmətlərlə bağlı təklif və ya təqdim edilən digər rəylər Təşkilatçı tərəfindən istənilən məqsədlə müxtəlif platformalarda kompensasiya olmadan istifadə edilə bilər və paylaşıla bilər. Həmçinin belə rəylər və bu tipli məlumatlar açıq təqdim olunduğu halda istənilən üçüncü şəxs tərəfindən baxıla bilər. Bu halda üçüncü şəxslər tərəfindən baxılan, rəy bildirilən və digər hərəkətlər edilən rəy/məlumatlarla bağlı Tətbiqin və ya Təşkilatçının heç bir hüquqi öhdəliyi yaranmır.
- Bu bənddə göstərilən hallarla bağlı Təşkilatçı yalnız yarandığı/olduğu təqdirdə qanunvericilik qarşısında məsuliyyət daşıyır, İstifadəçi digər heç bir halda Təşkilatçının ona qarşı məsuliyyət daşımadığını bilir və qəbul edir.
11. MƏSULİYYƏT
- Təşkilatçı Tətbiqdən istifadə, səhv istifadə, istifadə edə bilməmə, fasilə, dayanma, əməliyyatın ləğv edilməsi, hesabların inteqrasiyası, o cümlədən sistem xətaları, üçüncü tərəflərdən, kənardan, Tətbiq İstifadəçilərdən və ya mənbəyi bilinə bilməyən şəxslərdən qaynaqlanan istənilən təhlükə, insident, kiberhücumlar, texniki problemlər, şəbəkə hücumları, planları yaxud plansız təmir işlərinə görə fasilələr və digər bu tipli hallar səbəbindən yaranan heç bir zərər və ya itkiyə görə məsuliyyət daşımır.
- Təşkilatçı Tətbiqlə bağlı bütün problemləri, İstifadəçilərdən daxil olan şikayətlər üzrə texniki nasazlıqları, habelə digər bütün problemləri həll etmək üçün əlindən gələn imkanlardan istifadə edir, ancaq heç bir halda bu məsələlərlə bağlı, bunlardan irəli gələn zərərlər və itkilərlə bağlı məsuliyyət daşımır.
- İstifadəçi öz hərəkətləri/hərəkətsizliyi nəticəsində Tətbiqə, Tətbiq istifadəçilərinə, Təşkilatçıya və ya istənilən üçüncü şəxsə vurduğu birbaşa və dolayı zərərə görə tam məsuliyyət daşıyır.
- Bu Şərtlər və Qaydalarda qeyd olunan “Qadağan olunmuş hərəkətlər”in ən az birini törətmiş İstifadəçi Tətbiqə, Tətbiq istifadəçilərinə, Təşkilatçıya və ya istənilən üçüncü şəxsə vurduğu birbaşa və dolayı zərərlə yanaşı həmçinin Tərəflər arasında müəyyənləşdiriləcək məbləğdə cərimə də olunacaqdır.
12. TƏZMİNAT
İstifadəçi öz hərəkət və ya hərəkətsizliyi ilə əlaqədar olaraq Tətbiqə, Tətbiq istifadəçilərinə, Təşkilatçıya və ya istənilən üçüncü şəxslərə dəyən bütün zərərlər üçün məsuliyyət daşıyır, həmin zərərlərin əvəzini ödəyir, öz hərəkət/hərəkətsizliyindən yaranan və ya məsuliyyət dairəsinə aid olan məsələlər üzrə Tətbiqi və (və ya) Təşkilatçını və (və ya) digər İstifadəçilər daxil olmaqla zərər vurduğu üçüncü şəxsləri üçüncü tərəflərin iddia və tələblərindən qoruyur və belə tələblər üzrə Təşkilatçıya, Tətbiqə dəymiş zərərin əvəzini ödəyir.
13. HÜQUQLARDAN İMTİNANIN İSTİSNA EDİLMƏSİ
- Təşkilatçı tərəfindən bu Şərtlər və Qaydalarda nəzərdə tutulan hər hansı hüququn və ya hüquqi müdafiə vasitəsinin, və ya məsuliyyət tədbirinin həyata keçirilməməsi və ya gecikdirilməsi, həmin hüquqdan və ya müdafiə vasitəsindən və ya məsuliyyət tədbirinin icrasından imtina hesab edilmir.
- Hər hansı hüquqdan, hüquqi müdafiə vasitəsindən, və ya məsuliyyət tədbirindən bir dəfə imtina edilməsi, həmin hüquqdan gələcəkdə və ya digər hallarda da imtina edilməsi demək deyildir.
14. TƏTBİQ OLUNAN HÜQUQ
- Bu Şərtlər və Qaydalar Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən tərtib olunmuşdur.
- Bu Şərtlər və Qaydalar Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən tənzimlənir və şərh olunur.
- Bu Şərtlər və Qaydalar ilə qanunvericilik arasında hansısa şərhə qapalı ziddiyyət olduğu halda, qanunvericiliyin tələbləri üstün tutularaq Şərtlər və Qaydalara müvafiq düzəlişlər edilir.
15. MÜBAHİSƏLƏRİN HƏLLİ
- Tərəflər bu irəli gələn və ya onunla bağlı yaranan bütün mübahisə, fikir ayrılığı və ya tələbləri ilkin olaraq qarşılıqlı razılaşma və danışıqlar yolu ilə həll etməyə çalışacaqlar.
- Əgər tərəflər danışıqlar yolu ilə 15 (on beş) gün ərzində razılığa gələ bilməzlərsə, mübahisə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən mübahisələr məhkəmə qaydasında həll ediləcəkdir.
16. MÜXTƏLİF MÜDDƏALAR
- Təşkilatçı Tətbiqlə bağlı və (və ya) bu Şərtlər və Qaydalardan irəli gələn bütün digər hüquq və öhdəliklərini üçüncü şəxslərə ötürə bilər.
- İstifadəçi Tətbiqlə bağlı və (və ya) bu Şərtlər və Qaydalardan irəli gələn bütün digər hüquq və öhdəliklərini Təşkilatçının yazılı razılığı əsasında üçüncü şəxslərə ötürə bilər.
- Bu Şərtlər və Qaydaların təsdiqlənməsi və ya Tətbiqdən istifadə nəticəsində İstifadəçi ilə Təşkilatçı arasında birgə müəssisə, tərəfdaşlıq, əmək münasibətləri və ya ticarət agenti münasibətləri yaranmır.
- Tətbiq daxilində verilmiş bildirişlər, e-poçt vasitəsilə göndərilmiş məlumatlar hüquqi bildiriş funksiyası daşıyır.
17. BÖLÜNƏRLİK
- Əgər bu Şərtlər və Qaydaların hər hansı müddəası və ya müddəanın hər hansı bir hissəsi qanunsuz, etibarsız və ya icra olunmaz hesab edilərsə, həmin müddəa və ya hissə digər müddəalardan ayrılmış sayılır və bu, digər müddəaların etibarlılığına və icra olunmasına təsir göstərmir.
- Şərtlər və Qaydaların hər hansı müddəasının etibarsız və ya icra olunmaz hesab edilməsi halında, əgər mümkündürsə, etibarlı və ya icra oluna bilən halda yeni müddəa Təşkilatçı tərəfindən əlavə olunur.
18. ŞƏRTLƏR VƏ QAYDALARIN QÜVVƏYƏ MİNMƏSİ
- Bu Şərtlər və Qaydalar İstifadəçi tərəfindən oxunduqdan sonra bu Şərtlər və Qaydaların sonunda mövcud olan “MƏN “LEOPS” TƏTBİQİNİN İSTİFADƏ EDİLMƏSİ İLƏ BAĞLI BU ŞƏRTLƏR VƏ QAYDALARI ŞƏXSƏN OXUDUM, ONLARIN MƏZMUNU MƏNƏ TAM AYDINDIR VƏ BURADA QEYD OLUNAN BÜTÜN ŞƏRTLƏR VƏ QAYDALARI TƏSDİQ EDƏRƏK ELEKTRON RAZILIĞIMI BİLDİRİR, TƏTBİQİN İSTİFADƏÇİSİ OLMAQ NİYYƏTİMİ (İRADƏMİ) İFADƏ EDİRƏM” xanasını işarələməsi ilə İstifadəçi tərəfindən təsdiqlənmiş hesab edilir. İstifadəçi bu Şərtlər və Qaydaları müəyyən olunmuş qaydada təsdiqlədikdən sonra kimliyini və digər tələb olunan məlumatları təsdiqləmək üçün digər səhifəyə keçid alır, bununla Şərtlər və Qaydaları təsdiqləyən şəxsin kimliyi təsbit olunur.
- Təşkilatçı özü ilə bağlı hüquq və öhdəliklərini bu Şərtlər və Qaydaları Tətbiqə yerləşdirməklə öz iradəsini ifadə və təsdiq etdiyini bəyan edir.
- İstifadəçi təsdiq edir ki, bu Şərtlər və Qaydalar 18.1-ci bənddə göstərilən qaydada elektron iradə ifadəsinin təsdiq edilməsi ilə İstifadəçi tərəfindən imzalanmış hesab edilir.
- Təşkilatçı tərəfindən bu Şərtlər və Qaydalara istənilən səbəbdən dəyişiklik istənilən vaxt edilə bilər, bu halda İstifadəçilərə yeni Şərtlər və Qaydalarla bağlı bildiriş gəlir, dəyişilən bəndlə bağlı bildirişdə səbəbi göstərilməklə məlumat verilir və İstifadəçilərə açılan pəncərədə yeni Şərtlər və Qaydaların mətni təsdiqləmələri və ya imtina etmələri üçün təqdim edilir.
- İstifadəçi yuxarıda qeyd olunanlar üzrə öz iradəsini özü şəxsən ifadə etdiyini bilir və gələcəkdə imzalanmanın elektron formada olmasına dair heç bir etirazı, tələbi və ya iddiası olmayacağını təsdiq və bəyan edir.